24.01.2019 - 08:36
Hadisə 1 baxış

Bakıda yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Minval.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Binanın altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış doqquz ədəd elektrik sayğacı, üç ədəd elektrik açarı və 0.5 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: