Bakıda yanacaqdoldurma məntəqəsi yandı

Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 500 m² olan və müxtəlif təyinatlı obyektlərin (avtoyuma məntəqəsi, avtomobil təmir sexləri, anbar) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib. Yanğın nəticəsində sahəsi 130 m² olan rəngləmə sexinin lambirindən ibarət tavanı və arakəsmə divarı 20 m² sahədə yanıb. Yüksək temperaturdan təmirə dayanan “Hyundai” markalı minik avtomobilinin qapısı qarsalanıb. Obyektin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır