Bakıda xəstəxanada ara qarışdı - Həkimlər, xəstələr təxliyyə olundu (Video)
Bakıda xəstəxanda zəhərlənmə hadisəsi baş verib. Həkimlər və xəstələr təxliyyə olunub.
Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının binasının daxilində qaz qoxusunun yayılmasından sonra 8 nəfər xəstəxana işçisi zəhərlənib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov A24.az-a faktı təsdiq edib. O bildirib ki, xəsətəxanada qəfildən dəm qazının qoxusu gəlib: “Eyni zamanda, poliklinika qazlaşdırılmış bina deyil. Ona görə də təlimata uyğun olaraq xəstəxananın bütün həkim heyəti və bütün xəstələr təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda binanın içərisində dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır”.
Poliklinikanın 7 həkimi və bir müsahibi zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Onların mədələri yuyulub və evə buraxılıb” deyə, Pərviz Əbubəkirov qeyd edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ağır yol qəzası
Nazirliyin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Avtomobilinə aldığı qadını bıçaqla təhdid edərək, təcavüz etdi - VİDEO
Arvadını öldürdü, qaynanasını öldürmək istədi, evi yandırdı - TƏFƏRRÜAT
Abşeronda güclü yanğın başlayıb — SON DƏQİQƏ
Bakıda mənzildən qadın meyiti tapılıb