Bakıda və rayonda oğurluq etdilər

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki nəfər şəxs saxlanılıb.
Minval.info-ya Daxili İşlər Nazirliyi mətbuat xidmətinn Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Həsənov və Sabirabad rayon sakini Tural Şotayev saxlanılıblar.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. T.Şotayevin ətrafında aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1310 manat pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğu müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktlarla əlaqədar Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır