Bakıda üzüm kollarının kəsilməsilə bağlı cinayət işi başlandı

Paytaxtın Xətai rayonu ərazisində üzüm kollarının kəsilərək məhv edilməsi barədə daxil olmuş vətəndaş müraciəti üzrə araşdırma aparılıb.
Xətai Rayon Prokurorluğundan Minval.info-ya verilən məlumata görə, araşdırma materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubunda 7 ədəd üzüm kolunun kəsilərək məhv edilməsi və nəticədə yaşıllıqlara 1 min 680 manat məbləğində ziyanın dəyməsi göstərilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Xətai Rayon Polis İdarəsinin Istintaq Şöbəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dönərdən kütləvi zəhərlənmə
Sumqayıtda beş nəfəri öldürüb qaçdı, polisə yaxalandı
Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi
Bir gündə dörd tələbə qız dəm qazından zəhərləndi
Dünən 3 nəfər yol qəzalarında ÖLÜB
Şabranda 41 yaşlı kişi intihara cəhd edib