Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Tovuz rayonunun Əyyublu kəndində müəllimlər arasında dərs bölgüsü ilə bağlı yaranan narazılıq geniş müzakirələrə səbəb olub.
Baku.ws-ın məlumatına görə, şəhid Rövşən Alıyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi olan Aynurə Umudova, Baku TV-yə müraciət edərək, sertifikatlaşdırma imtahanında yüksək bal toplamasına baxmayaraq, birləşdirilmiş sinfin ona verilmədiyini bildirib. O, 2001-ci ildən bəri məktəbdə çalışır və 41 bal topladığı halda, 37 bal toplayan həmkarına birləşdirilmiş sinifin həvalə edilməsindən narazıdır.
Müəllim iddia edir ki, dərs bölgüsündə rüşvətin rolu var və etirazından sonra təzyiqlə üzləşdiyini söyləyir. “İmtahan nəticələrinə uyğun olaraq sinfimi istəyirəm. Hazırda o müəllimənin 27 saat dərsi var, mənim isə yalnız 14 saat. Bu, hansı qanuna uyğundur?”, – deyə o, sual edir.
Aynurə Umudova məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etsə də, şikayətinin dinlənilmədiyini bildirir. İdarədən Baku TV-yə verilən açıqlamada, şagird sayının azlığı səbəbindən iki sinifin birləşdirilməsi zərurətinin yarandığı, bu qərarın isə sertifikatlaşdırma nəticələri ilə yanaşı, şagirdlərin mənafeyi və təlim prosesinin davamlılığı nəzərə alınaraq verildiyi bildirilib.
Nəticədə, birləşdirilmiş sinifin 37 bal toplayan İlhamə Niyazovaya həvalə edilməsi qərara alınıb, çünki onun sinfində 17 şagird, Aynurə Umudovanın sinfində isə 8 şagird təhsil alırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
Sabahın hava proqnozu açıqlandı
Bakıda Binəqədi və Sabunçu rayonlarında yollar təmirə görə bağlanır
Azərbaycanda pulsuz hüquqi yardım sistemi təklif olunur
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı
Suriyadan Azərbaycana 13 vətəndaşın repatriasiyası baş tutdu