08.10.2026 - 15:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Ölkə 112 baxış

Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib

Vətən müharibəsində şəhid olmuş Hüseyn Tağıyevin şəhadətinin 6-cı ildönümü münasibətilə Yasamal rayonunda anım mərasimi təşkil olunub. Hərbi Memorial məzarlıqda baş tutan mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin ailəsi və yaxınları, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az-ın məlumatına görə, mərasim iştirakçıları Hüseyn Tağıyevin məzarını ziyarət edərək, məzarına gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər. Mərasimdə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında şəhidlərin göstərdiyi qəhrəmanlıqdan bəhs edilib. Bildirilib ki, Hüseyn Tağıyev kimi igidlərin həyat yolu və vətənpərvərliyi gələcək nəsillər üçün örnəkdir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının və onların ailələrinə göstərilən diqqətin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.

Hüseyn Tağıyev 8 avqust 1991-ci ildə anadan olub və 5 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Onun xatirəsi daim böyük ehtiramla yad ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: