Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə “MİNVAL.İNFO”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu ilin mart ayının 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin tanışı, 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda oteldə qan töküldü
Bakıda qadın müğənni avtomobil qəzasında öldü – FOTO
Oğlanlar 14 yaşlı qızı tualetə salıb təcavüz ediblər - Azərbaycan məktəbində
Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb
Türyançay qoruğunun meşə ərazisindən 100-ə yaxın ağac kəsilib
Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb
Bakı metrosunda qatar adam vurdu