Bakıda silahlı atışma: Ölən və yaralanan var - FOTO, VİDEO (TƏFƏRRÜAT)
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
Hadisə nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
***
“Report” xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Qoşunların əməkdaşları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.
***
Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.
Sabunçu Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.
Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
Minval.info
https://www.youtube.com/watch?v=Lhka9Wjx2V8

Bakıda restoranda iki nəfəri güllələyən şəxs avtoritetdir – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!
Rotenberq geri döndü: FSB-də "kiçik çevriliş" baş verir
Rusiyada təyyarə faciəsi: İki nəfər həlak oldu
Axtarışda olan 114 nəfər saxlanıldı
Bakıda avtoxuliqan motosikletçi 15 gün həbs edildi
Gəncədə sərxoş ər arvadını bıçaqladı