28.10.2026 - 15:54
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Kriminal 235 baxış

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Publika.az-ın məlumatına görə, “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı Ayçiçək Əliyeva cinayət məsuliyyətinə cəlb olunub. Onlar külli miqdarda dələduzluqda və digər cinayətlərdə ittiham olunurlar.

Ayçiçək Əliyeva, həyat yoldaşı ilə birgə fəaliyyət göstərdiyi üçün, polis tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.

Ayçiçək Əliyevanın azyaşlı övladının himayəsində olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddətində həbslə bağlı olmayan tədbir seçilib.

Xatırladaq ki, “Azea Group” MMC Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olub. Şirkətin rəhbəri Elsevər Əliyev də daha əvvəl dələduzluq ittihamı ilə saxlanılmış, lakin xəstəliyi səbəbindən ev dustaqlığına buraxılmışdı.

Hər iki şəxs Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: