Bakıda supermarketdə 100 minlik fırıldaq
Bakıda yerləşən iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri M.Hüseynov, satıcı-anbardar E.İbrahimov ilə birlikdə külli miqdarda mənimsəmə cinayətinə görə həbs edilib.
Publika.az-ın məlumatına görə, Biləcəri qəsəbəsindəki filialın müdiri və onun əməkdaşı, mağazanın anbarından 103 467 manat dəyərində malları kassaya vurmadan qanunsuz şəkildə çıxarıb və başqa sahibkarlara satıblar. Bu cinayət nəticəsində mənimsənilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.
Məhkəmə prosesində zərərçəkmiş şirkətin nümayəndəsi, dəymiş zərərin 24 000 manatının E.İbrahimov tərəfindən ödənildiyini, lakin 79 467,44 manatın hələ də ödənilmədiyini vurğulayıb. Şirkət, 79796,44 manatın M.Hüseynovdan tutulmasını tələb edib.
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Bakı Ağır Cinayətlər Məhkəməsi, M.Hüseynova 6 il həbs cəzası verib və o, məhkəmə zalında qandallanıb. E.İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib, lakin ödədiyi zərər və digər hallar nəzərə alınaraq, cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilib.
Məhkəmə, həmçinin M.Hüseynova qarşı mülki iddianı təmin edərək, 80 min manata yaxın vəsaitin ondan alınmasına qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?
Siyəzəndə borc mübahisəsi qətllə nəticələndi
Salyanda ailə faciəsi: ana həyatını itirdi, ata və gəlin yaralandı
Səday Alıyevə qarşı cinayət işi: Üç milyon manatlıq mənimsəmə ittihamı
Bakıda restoranda qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlaldır