Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. Publika.az-ın məlumatına görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Anbardar yalan vədlərlə 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. Əmrahın aldatdığı şəxslərdən biri “Muxax Aqro” MMC-nin direktoru Vidadi Yusubovdur. İttihama əsasən, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb və əldə etdiyi məbləği şəxsi məqsədlər üçün xərcləyib.
Cinayət işi üzrə “Sara Group” QSC də zərərçəkmiş qismində tanınıb. Araşdırma nəticəsində Əmrah Ramazan Valehə 14 ilə qədər həbs cəzası nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Cinayətin ağırlığı nəzərə alınaraq Əmrah barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, hazırda həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər mövcud idi. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı