Bakıda restoranda iki nəfəri güllələyən şəxs avtoritetdir - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.
Minval.info xəbər verir ki, hadisənin bəzi təfərrüatları məlum olub.
Sabunçu Rayon İcra Hakimiyyətinin Şuşa Şəhərciyi üzrə icra nümayəndəsi Şamil Alıyev unikal.org-a açıqlama verərkən cinayəti törədən Hikmət adlı şəxsin keçmiş məhkum olduğunu bildirib:
“Hadisə zamanı ölən Çingiz Xudiyev, yaralanan Elxan Kərimov və atəş açan Hikmət adlı şəxs bir neçə gün öncə mübahisə ediblər. Dünən saat 22:00 radələrində Hikmət restorana gələrək həmin şəxslərə odlu silahdan atəş açıb. Hikmət özü əvvəllər həbsdə olub. İl yarım əvvəl olar ki, həbsdən azad olunmuşdu. Kriminal aləmlə əlaqəsi olan şəxsdir. O, hadisəni törədəndən sonra bir neçə saat qaçıb gizlənsə də, sonradan polislər tərəfindən saxlanılıb. Onu da qeyd edim ki, hadisədə iştirak edən hər üç şəxs Şuşa şəhərciyində yaşayırlar.”
Bakıda silahlı atışma: Ölən və yaralanan var – FOTO, VİDEO (TƏFƏRRÜAT)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!
Rotenberq geri döndü: FSB-də "kiçik çevriliş" baş verir
Rusiyada təyyarə faciəsi: İki nəfər həlak oldu
Axtarışda olan 114 nəfər saxlanıldı
Bakıda avtoxuliqan motosikletçi 15 gün həbs edildi
Gəncədə sərxoş ər arvadını bıçaqladı