Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Minval.info-nun xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib.
Zərərçəkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub.
İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib.
Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, təqsirləndirilən qadının atası T.Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır