02.08.2018 - 20:41
Ölkə
17 baxış
Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO-VİDEO

Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Musavat.com xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.
Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Diplomatlar Xudavəng monastırına səfər etdilər
12.09.2026 - 18:06
Bakı metrosu yeni tədris ilinə hazırdır!
12.09.2026 - 17:45
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!
12.09.2026 - 17:31
Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri
12.09.2026 - 17:24
Gəncə basketbol klubu İvan Luna ilə güclənir
12.09.2026 - 17:17
Yeni Günəşlidə ilan təhlükəsi: Sakinlər narahatdır
12.09.2026 - 17:10
Mağazalar QR-kodla ödənişdən niyə imtina edir?
12.09.2026 - 16:56
Təhsil böhranı: Siniflər boşalır, müəllimlər ixtisar olunur
12.09.2026 - 16:28