19.12.2018 - 11:46
Hadisə
17 baxış
Bakıda sərnişin avtobusu qəza törətdi – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində – Zabrata gedən yolda “İsuzu” markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib.
Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb,
araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən avtobus marşrut xətti üzrə fəaliyyət göstərməyib, özəl şirkətlərdən birinə məxsus olub.
// Publika
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29