15.10.2021 - 16:20
Hadisə 2 baxış

Bakıda ər arvadını qətlə yetirib

Bakıda qətl hadisəsi olub.

Bu barədə Minval.info-ya Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: