Bakıda qardaşları bıçaqlayan şəxs tutulub

Prokurorluq Qaradağdakı qətllə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan daxil olan məlumatda deyilir:
“Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda güclü külək ağacı avtomobillərin üstünə aşırıb - FOTO - VİDEO
Oğlunu itirən azərbaycanlı məşqçinin ürəyi partladı - FOTO
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Yaralılar var
Bakıda güclü partlayış baş verdi - FOTOLAR-VİDEO - YENİLƏNDİ-4
Toydan çıxıb evə gedən kişi faciəli şəkildə öldü
Ağstafada karantin qaydalarını pozan 16 nəfər məsuliyyətə cəlb edilib