Bakıda qardaşlar 30 min manatlıq metal konstruksiyalar oğurlayıb

Binəqədi rayonunda paytaxt sakini olan bir nəfərin torpaq sahəsindən oğurluq edilib.
Bu barədə “MİNVAL.İNFO”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər oradan dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən yayınıblar.
Zərərçəkən şəxs ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) məlumat verəndən dərhal sonra hadisəni tərədən şəxslərin axtarışlarına başanılıb. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri – Zamin Fərəcov və qardaşı Cəbrayıl saxlanılıblar.
Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır