Bakıda qardaşını öldürən şəxsə hökm oxundu

Bakının Binəqədi rayonunda qardaşını öldürməkdə ittiham olunan Mirhəbib Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info-nun xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Mirhəbib Məmmədzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 14-də saat 21 radələrində 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mirhəbib Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Mirhəbib Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO