01.11.2018 - 16:45
Hadisə
19 baxış
Bakıda qadın əcnəbi vətəndaşı qarət etdi
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, əməliyyat Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib. Belə ki, şöbəyə müraciət edən əcnəbi vətəndaş müvəqqəti yaşadığı mənzildən 900 ABŞ dolları və 650 manat pulunun, habelə 130 manat dəyərində ərzaq məhsullarının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyənləşdiriblər.
Oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29