Bakıda qəza törədən “Porsche”ni kim sürüb? - Yenilənib
Bakıda gecə saatlarında “Porsche” markalı avtmobil qəza törədib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 00:05 radələrində Yasamal rayonu, Nərimanov prospektində baş verib. Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib.
Lakin rəsmi sənədlərdə “Porsche”ni Teymur Əhmədovun sürdüyü qeyd edilib. 30 yaşlı T. Əhmədov yüksək sürətlə idarə etdiyi “Porsche Cayenne” markalı 10 BB 709 nörməli avtomobili diqqətinin yayınması nəticəsində yolun kənarındakı maneələrə çırpıb. Nəticədə avtomobil aşıb. Sürücü T.Əhmədov və avtomobildə olan həmyaşıdı qızlar – Gülüzə və Aytən bədən xəsarətləri alıblar. Onlar Travmatologiya İnstitutuna yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza haqda ilkin məlumatı APA yayıb.
***
Əldə etdiyimiz məlumata görə, qəzaya düşən “Porsche” markalı 10 BB 709 nömrəli avtomobil Bağırlı Soltan İntiqam oğlunun adınadır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır