Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Minval.info-nun xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu il martın 11-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Əlizadə Emil Firdovsi oğlunun idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin – Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.
Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, E.Əlizadə xəstəxanaların birində həkim işləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır