Bakıda qəza - Qadın sürücü özünü “Nissan”dan yola atdı (Foto)
Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Minval.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə Rixard Zorge və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
90 MF 499 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin qadın sürücüsü yan tərəfdən gələn 10 CN 808 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilə yol verməyib, nəticədə qəza baş verib.
Qadın toqquşma anında qapını açaraq avtomobildən özünü yola atıb, sükanı boş qalan “Nissan” isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb. Xoşbəxtlikdən avtomobil səkidəki piyadalara xəsarət yetirməyib.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır