Bakıda piyada can verir: təcili yardım gecikir, vətəndaşlar deyib-gülür - Video
Təxminən yarım saat əvvəl Dərnəgül yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Ölkə.Az”-ın məlumatına görə, “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 99-XL-927 “Ford” markalı yük avtomobili yolun hərəkət hissəsindən keçən piyadanı vurub. Əraziyə dərhal yol polisi və təcili yardım çağırılıb. Hadisə şahidlərinin əməkdaşımıza bildirdiyinə görə, təcili yardım isə çağırılandan xeyli gec gəlib.
Bu arada hadisəni kənardan izləyən vətəndaşlar zarafatlarından da qalmayıblar. Təcili yardımın hadisə yerinə gecikdiyini deyən şəxsi çəkmək istəyən əməkdaşımıza “məni yox e, onu çək” deyərək dişlərini ağardan şəxsin görüntülərini təqdim edirik.
https://youtu.be/ryL6VK1OPgM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır