11.06.2018 - 13:47
Hadisə 1 baxış

Bakıda “Kids Studio” uşaq bağçasında rəzalət - Uşaqlara işgəncə verilir (VİDEOFAKT)

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb.

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

Azxeber.com-un məlumatına görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

Minval.info xəbər verir ki, hadisə “Kids Studio” uşaq bağçasında qeydə alınıb. Hadisəni törədən isə Firuzə Tağıyeva adlı tərbiyəçidir. 

https://youtu.be/a-X_PSt6Xcg

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: