“Bakıda nümunəvi millətlərarası münasibətlər var” - Tanınmış rusiyalı aparıcı

“Bakı dünyada milli zəmində heç bir münaqişə olmayan az sayda olan çoxmillətli şəhərlərdən biridir”.
“Minval.info” xəbər verir ki, bu sözləri tanınmış rusiyalı aparıcı və aktyor Leonid Kanevski “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.
“Mən Bakıda dəfələrlə olmuşam və bu füsunkar şəhəri çox sevirəm. Yeri gəlmişkən, burada nümunəvi millətlərarası münasibətlər var. Bakı kimi beynəlmiləl şəhər müxtəlif millətlərin qarşılıqlı münasibətləri baxımından dünyada azsaylı şəhərlərdən biridir”, – deyə o vurğulayıb.
L. Kanevski qeyd edib ki, indiyədək mütəmadi olaraq Bakıya gəlir: “Məndə elə bir təəssürat var ki, hər il orada oluram, çünki bu şəhəri çox yaxşı tanıyıram. Tez-tez Bakıya gedirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi