Bakıda narkotik istifadəçisi olan qadının körpəsi uşaq müəssisəsinə yerləşdirilib
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda yerləşən “Şaurma 1” kafesinin yanında ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə “Minval.info”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib. Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunub. Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb.
Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır