Bakıda maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib
Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir.
Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb.
Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.
Vətəndaşlara müraciət edərək bildiririk ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
https://youtu.be/JxXu-bURmZA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lənkəranda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb - FOTO
Saxta 100 manat verdi - Polis axtarır
Bakıda gənc oğlan özünü öldürdü
Yeni ilə “köhnə hamam, köhnə tas”la gedən Bakı metrosu
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - Video
Avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurdu
Bakıda “Porsche” yolu keçən gənci vurub öldürdü - FOTO