Nobel mükafatının məbləği rekord həddə çatdı
Nobel Fondu 2026-cı ildə Nobel mükafatının hər bir kateqoriya üzrə məbləğini artıraraq 12 milyon İsveç kronuna (təxminən 1.22 milyon ABŞ dolları) çatdırmaq qərarına gəlib. Bu artım, mükafatın məbləğinin 1 milyon kron (təxminən 101 min dollar) artırılması ilə həyata keçirilib.
Minval.info xəbər verir ki, fondun mətbuat xidmətinin bəyanatına əsasən, ilk Nobel mükafatlarının təqdim edildiyi 1901-ci ildə hər bir kateqoriya üzrə mükafatın məbləği 150 782 kron təşkil edirdi. Son 15 il ərzində mükafatın məbləğinə bir neçə dəfə yenidən baxılıb. 2012-ci ildə bu məbləğ 10 milyon krondan 8 milyon krona endirilmişdi və o vaxtdan bəri üç dəfə artırılıb.
Builki Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək elan ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə