2027-ci ildə pensiyalar və maaşlar artırılacaq
2027-ci ildə Azərbaycanda pensiyalar indeksləşdirilərək artırılacaq və minimum əməkhaqqı yüksələcək. Sosial sahəyə ayrılacaq vəsaitin təxminən 17 milyard manatdan çox olması proqnozlaşdırılır. 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətləri təqdim olunub.
Minval.info xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin xərcləri 2026-cı ilin büdcənin proqnoz xərcləri ilə müqayisədə 700 milyon manat çoxdur.
Millət vəkili qeyd edib ki, 2027-ci ilin yanvarından etibarən indeksləşdirilmiş pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək. Deputatın sözlərinə görə, dövlət büdcəsi xərclərinin təxminən 42 faizi iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik sahələrinə yönəldiləcək. Gələn il iqtisadi fəaliyyət üzrə xərclərin 8 milyard 891 milyon manat olacağı gözlənilir. Bu rəqəm dövlət büdcəsinin xərclərinin 21 faizinə bərabərdir. Müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə isə 8 milyard 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yeniyetmə oğul anasını bıçaqladı
Şərurlu doktor Avropa kral sülaləsi ilə qohum çıxdı
Üzeyir bəyin irsi: Milli musiqimizin təməli
Paşinyana xəbərdarlıq: Qərbi Azərbaycan təhlükəsi artır!
Bakı xatirələri: Sevgi məktubu və ailə qaydaları
İnflyasiya təhlükəsi: Gündəlik xərclər artır!
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu