Bakıda maraqlı sərgi - Fotolar
Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” adlı sərgi açılıb. Layihə Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.
Açılış mərasimində Almaniyanın Mədəniyyət Mübadiləsi İnstitutunun icraçı direktoru Maksimilian Letste çıxış edərək bildirib ki, bu sərgi incəsənətdə yeni üslub hesab olunan hiperrealizimin son onilliklərindəki tarixçəsini əks etdirir: “Yeni üsul, yeni mövzu və yeni materiallar bugünkü sərginin əsasını təşkil edir. Sərgi özündə abstrakt incəsənətin bir növünü əks etdirir. Ümumi ekspozisiyaya nəzər saldıqda realizmə əsaslanan müasir heykəltəraşlığı görürük. Biz bu sərgini dünyanın bir sıra ölkələrində açmışıq. Yəni, əsərlər dünyanın müxtəlif muzeylərində və aparıcı sərgi salonlarında nümayiş etdirilib. Bakı öz müasirliyi və multikultural yanaşması ilə seçilən şəhərdir. Belə bir şəhərdə bu cür sərginin açılması təqdirəlayiqdir”, – deyə Maksimilian Letste vurğulayıb.
Diqqətə çatdırılıb ki, “Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir” sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.
Sərgi beş bölmədən ibarətdir. Burada insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər təqdim edilir. Canlı təəssüratı yaradan əsərlər Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların yaradıcılıq nümunələridir.
Xatırladaq ki, 1960-cı illərdə yaranmış hiperrealistik heykəltəraşlıq 1970-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıblar.
Ekspozisiyada dünya şöhrətli heykəltəraşlar – Dueyn Henson, Daniel Firman, Kerol A.Feyerman, Ceymi Salmon, Corc Siqal, Kit Edmayer, Sem Cinks, Mark Sijan, Jarko Başeski, Patrisia Piççinini, Toni Matelli, Mel Ramos, Matilda ter Heyne, Tom Kübler, Robert Qrem və Allen əsərləri ilə tanış olmaq mümkündür.
Sərgi 2019-cu il martın 10-dək davam edəcək.


ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik




ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi