Bakıda məktəblinin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama
Sentyabrın 25-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub.
Minval.info xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb.
Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.
Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər.
Faktla bağlı araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gözəl Dəmirovun Etimad İsmayılovu güllələməsinin səbəbinə dair yeni iddialar
Karantin müddəti azaldıldı: Qərar kimlərə şamil ediləcək?
“Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...”
Aparıcılar cəzalandırılacaq - MTRŞ-dan SƏRT REAKSİYA
Baş Prokurorluqdan DSX-dəki əməliyyatla bağlı - Açıqlama
"Özünü reklam edir" deyən
Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlandı