Bakıda külli miqdarda aksizsiz siqaret aşkarlandı - FOTO
Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşına məxsus və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128 300 ədəd siqaret aşkar olunub.
Həmin şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63 800 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır