Bakıda kriminal aləmin nümayəndəsi iddia olunan şəxs ölü tapıldı
Bakıda küçədə vəziyyəti ağır olan naməlum bir nəfər tapılıb.
Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, 50-55 yaşlı kişi yanvarın 21-də, səhər saat 07:00 radələrində Qara Qarayev prospektində səkidə tapılıb.
O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və 10 dəqiqə sonra reanimasiyada vəfat edib.
Onun əllərində, ayaqlarında, çiyinlərində, sinəsində, kürəyində cəzaçəkmə müəssisəsi jarqonlarına aid döymələr, hər iki qolunun iç səthində köhnəlmiş çoxsaylı kəsiklər aşkar olunub.
Üzərində zorakı xəsarətlər aşkar edilməyib. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır