Bakıda kişi maşın satmaq adı ilə 11 nəfərə qarşı dələduzluq edib
Bakı şəhərində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini əvvəllər Cinayət Məcəlləsinin 178-ci, yəni, dələduzluq maddəsi ilə məhkum olunan Əhməd Cəfərov tutulub.
Araşdırma zamanı onun Binəqədi rayonunda 5, paytaxtın digər rayonlarında isə 6 nəfəri dələduzluq edərək aldadıb pullarını ələ keçirdiyi məlum olub.
Qeyd edək ki, Əhməd Cəfərov ifadəsində zərərçəkənlərə kreditlə avtomobil satacağı vədi verib və onların etibarından sui-istifadə edərək aldatdığını bildirib.
Saxlanılan şəxs barəsində 5-ci PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilib. Əhməd Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
https://youtu.be/XDQpdNivv28
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır