Bakıda kameralara düşən bu qadının meyiti tapıldı - FOTO

Bakının Səbail rayonunda naməlum qadın meyit aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Səbail rayonu B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tüfeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib. İlkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.
Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbələr dönərdən zəhərləndi
27 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakının məşhur hamamında yanğın - Ölən var
Azərbaycanda şirkətin anbarından qumbaralarla dolu qutu tapıldı - ƏMƏLİYYAT
Gürcüstan-Azərbaycan sərhədində polis güllələnib
1 manat "çay" pulu üstündə 7 nəfər tərəfindən döyüldü