Bakıda kafedə qanlı olay
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.
Bakı şəhər sakini İlham Xəlilov qarın nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, ilkin ifadəsində polisi aldadaraq yıxılaraq xəsarət aldığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ. Xəlilovun bıçaqlandığı məlum olub. Belə ki, araşdırmalar zamanı müəyyən edilib ki, İ. Xəlilov tanışı Pərviz Soltan oğlu Nəzəri ilə birgə Mərdəkandakı kafelərdən birində yeyib-içdikdən sonra onların arasında mübahisə düşüb. Mübahisə zəminində P. Nəzəri İ. Xəlilovu bıçaqlayıb.
P. Nəzəri saxlanılıb.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
