Bakıda işləmək üçün evdən çıxdı, itkin düşdü - FOTO

İki ay öncə Şirvandan Bakıya gəlmək üçün evdən çıxan şəxs itkin düşüb.
DİN-in Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, Şirvan şəhər sakini, 53 yaşlı İslam Zeynalov iyunun 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.
İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarını rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
