Bakıda içki məclisi ölümlə nəticələndi

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbail rayon prokurorluğundan Minval.info-ya verilən məlumata görə, aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.
Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənilər indi də kənd məktəbini vurdu - Fotolar
Bakıda narkotacir görün hansı cildə giribmiş? - Diqqət yayındırırmış - FOTO
Evlərdən qızıl və pul oğurlayan qadınlar tutulub
Arvadını xüsusi amansızlıqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Ağcabədidə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb
Türkiyədə azərbaycanlı fahişələrə “Qonaq” gəldi - FOTO
Azərbaycanda prorektor iş başında vəfat etdi