Bakıda gecə klubunun qarşısında ölüm hadisəsi
Türkiyə vətəndaşı Bakıda küçədə ölüb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində “Boss Klub” gecə klubunun qarşısında baş verib.
Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda “Krivetka Pub” kafesində pivə içiblər.
Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki “Boss Klub”a gələrək orada spirtli içki qəbul ediblər.
Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib. Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır