Bakıda gecə klubundan çıxan qadınlara təcavüz ediblər
Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinyayət işi məhkəməyə göndərilib.
Oxu.Az-ın xəbərinə görə, cinayət işi üzrə artıq ibtidai istintaq yekunlaşdırılıb və araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq.
İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.
Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər. Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb.
O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü – Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polis Gəncədə evindən qaçırılan ərli qadının izinə düşüb - TƏFƏRRÜAT - VİDEO
Bakıda 15 obyektdən mağazadan oğurluq edən şəxslər saxlanılıb
Bakıda daha bir süpürgəçi qadını maşın vurub öldürdü
Bakı aeroportunda iranlı ana və qızı tutuldu - SƏBƏB
Bakıda DƏHŞƏTLİ QƏZA: Ölənlər var - FOTOLAR
Beyləqan sakinini elektrik cərəyanı vuraraq öldürüb
Bakıda daha bir müəllim-şagird davası - Video