Bakıda fahişəliklə məşğul olan qadınlar baş verənlərdən danışıb
Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.
Minval.İnfo “report”a istinadən xəbər verir ki, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.
Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır