Bakıda evdən qadının skeleti tapıldı - 2 il əvvəl ölüb
“Minval.info”un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub.
Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.
Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
