Bakıda dəhşətli hadisə: qəbiristanlığa gəlib arvadına zəng etdi və... - TƏFƏRRÜAT
Bakıda intihar hadisəsi baş verib.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, Telnov küçəsi 2347/48-ci məhəllədə yaşayan 1979-cu il təvəllüdlü Əliyev Elnur İdris oğlu evinin yaxınlığındakı qəbiristanlığa gedərək orada sirkə turşusu içib. Daha sonra o, bir müddət əvvəl boşandığı həyat yoldaşına zəng edərək özünü zəhərlədiyini və ölmək üzrə olduğunu bildirib.
Bundan sonra qadın təcili tibbi yardıma müraciət edib və qəbiristanlığa gələn tibbi yardım briqadasınnı köməkliyi ilə Elnur İdrisov xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, intihar edən 40 yaşlı kişi ilə həyat yoldaşı arasında problemlər olub. Onlar aliment məsələsinə görə məhkəmədə də üz-üzə gəliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır