Bakıda DƏHŞƏT: oğul anasını yandırdı

Bakıda 3 ay əvvəl baş verən hadisənin yeni təfərrüatları məlum olub.
Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, bu il iyul ayının 2-də Xəzər rayonu, Binə qəsəbəsində yaşayan G.Nəsirova evinin hamam otağında su qızdırıcısının partlaması nəticəsində qaynar sudan aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Daxil olmuş məlumatla əlaqədar Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının apardığı araşdırmalarla qadının su qızdırıcısının partlaması nəticəsində qaynar sudan deyil, əri C.Nəsirovun təkidi ilə oğlunun anasının üzərinə qaynar su tökməsi nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə C.Nəsirov və oğlu saxlanılaraq istintaqa təhvil veriliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır