Bakıda biznesmenin özünü öldürməsinin səbəbi bilindi
Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda iş adamı Hənifə Mustafayevin intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, Maştağa qəsəbəsi Ləhic bağlar massivindəki bağ evinin həyətində özünü asan 37 yaşlı biznesmenin xeyli borcunun olduğu məlum olub.
Bildirilir ki, ailəsi ilə birgə şəhərdə yaşayan H.Mustafayev qapı-pəncərə biznesi ilə məşğul olub. Son vaxtlarda onun xeyli borcu toplanıb və pulu geri qaytarmaqda çətinlik çəkib. Ödəmələri həyata keçirə bilməyən iş adamı çıxış yolunu özünü öldürməkdə tapıb. O, Ləhicdəki bağına gələrək özünü həyətdən asıb. Qonşular H.Mustafayevin həyətində bir nəfərin xeyli müddət dayandığı yerdə hərəkətsiz qaldığını görərək şübhələniblər. həyətə daxil olan qonşular H.Mustafayevin özünü asdığını və cansız bədəninin görərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır