Bakıda binadan nəcis dolu torba atdılar - Bahalı maşın yararsız hala düşdü (VİDEO)
Bakıda şəhər sakininin avtomobili çoxmərtəbəli binadan atılan tullantıların zərbəsindən yararsız hala düşüb.
Minval.info a24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanındakı binanın həyətində baş verib. Belə ki, avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binadan naməlum sakinlər tərəfindən içi tullantılarla dolu sellofan torbalar 99 PR 086 dövlət qeydiyyat nişanlı, “Chevrolet” markalı minik avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Avtomobilinin şüşəsinin sındığını görən sürücü sellofan torbaya baxış keçirərək onun içərisində quru heyvan nəcisinin olduğunu görüb. Sürücü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır