Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib

Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib.
Bunu “MİNVAL.İNFO”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.
Hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb. Belə ki, valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Ərazidə olan vətəndaşlar polisə müraciət ediblər.
“Vətəndaşların müraciəti əsasında polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüblər. Uşaq avtomobildən çıxarılıb və təhlükəsizliyi təmin etdikdən sonra valideynləri tapılaraq təhvil verilib. Valideynlər bildirib ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”, – A.Qafarov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır