Bakıda avtobus sürücüləri arasında dava düşüb - VİDEO
Bakıda avtobus sürücüləri arasında dava düşüb. Onları sərnişinlər sakitləşdirib. Davaya səbəb isə sürücülərdən birinin digərinin vaxtına girməsi olub.
“Minval.info” xəbər verir ki, avtobus sürücüləri əvvəlcə mübahisə edib, daha sonra isə mübahisə davaya çevrilib.
Məlum olub ki, davanın baş verməsinə sürücülərdən birinin digərinin vaxtına girməsi səbəb olub. Dava edən sürücüləri sonda sərnişinlər sakitləşdirib.
Görüntülər sərnişinlərdən biri tərəfindən çəkilərək “Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib. Araşdırma zamanı məlum oldu ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, 55 saylı avtobus sürücülərinin arasında baş verib.
Sözügedən xəttin dispetçeri Şahin Əliyev bildirdi ki, artıq həmin sürücülər müəyyən edilib və daşıyıcı şirkət tərəfindən cəzalandırılıb.
Şahin Əliyev əlavə etdi ki, digər sürücülərə də öz hərəkət qrafiklərinə əməl etmək barədə tapşırıqlar verilib. Belə hallara yol verən sürücülərə güzəşt edilməyəcək.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək.
https://www.youtube.com/watch?v=-xdlr3-8bT4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu
Maşın vuran süpürgəçi xəstəxanada dünyasını dəyişdi
Azərbaycanda faciə: 8 aylıq qız öldü
FHN yanğına görə helikopter qaldırdı
Azərbaycanlı iş adamının maşını partladı -
Azərbaycanda saxlanılan şəxs polis şöbəsində öldü - Təfərrüat
Nazilə Səfərlinin qardaşı arvadı video yaydı: “İntihar edəcəm” — VİDEO